Haqqımızda

2019-cu ilin mart ayından istifadəyə verilən saytımızın köməyi ilə kommunal, maliyyə, vergi, avtomobil, əmək haqqı, pensiya və başqa hesablamaları rahat formada edə bilərsiniz.

Portalda dövlət qurumları tərəfindən göstərilən xidmətlərin hesablanma qaydalarıda izah olunur. Məlumatlar rəsmi mənbələrdən gotürülür və daim yenilənir.

Həmçinin valyuta məzənnələri, hava proqnozu, xarici ölkələrdə Azərbaycan vətəndaşları üçün viza tələbləri, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri və başqa məlumatlarıdan yararlana bilərsiniz.

Hər bir istifadəçinin lazımi hesablamaları tez və dəqiq bir şəkildə edə bilməsi üçün mövcüd hesablayıcıları təkmilləşdirib, yeni servisləri yaratmaq üçün çalışırıq.

Çoxsaylı istifadəçilərin istəklərini nəzərə alaraq, avgust ayından "Android" sistemi ilə çalışan qurğuların dəstəklədiyi mobil tətbiq istifadəyə verilib. "Local.az" mobil tətbiqini yükləmək üçün keçidə daxil olun.

Nailiyyətlərimiz:

  1. 2019-cu ilin ən yaxşı saytı

    Məlumat Portalı 2019-cu ildə keçirilmiş NETTY Milli İnternet Mükafatında iştirak etdi və "İnformasiya və Xəbərlər" nominasiyası üzrə qalib oldu. 2004-cü ildə təsis olunmuş NETTY - Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyalar sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır.