Kommunal xidmətlər

"Azərişıq" ASC tərəfindən göstərilən xidmətlərin tarifləri.

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2024-cü il 29 dekabr tarixli 19 nömrəli Qərarına əsasən:
- aylıq istehlak həcminin 200 kVts-a qədər (200 kVts daxil) olan hissəsi üçün 0.084 AZN,
- aylıq istehlak həcminin 200 kVts-dan 300 kVts-a qədər (300 kVts daxil) olan hissəsi üçün 0.10 AZN,
- aylıq istehlak həcminin 300 kVts-dan çox olan hissəsi üçün 0.15 AZN hesablanır.

Aylıq elektrik enerji sərfiyyatı (kVts):

Aylıq ödəniləcək məbləğ:



SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi tərəfindən göstərilən xidmətlərin tarifləri.

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2024-cü il 29 dekabr tarixli 13 nömrəli Qərarına əsasən,
- illik istehlak həcminin 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün - 0.125 AZN / m3,
- illik istehlak həcminin 1200 - 2500 3 olan hissəsi üçün - 0.22 AZN / m3,
- illik istehlak həcminin 2500 m3-dən çox olan hissəsi üçün isə 0.30 AZN / m3 hesablanır.

İllik təbii qaz sərfiyyatı (m3):

İllik ödəniləcək məbləğ:



“Azərsu” ASC tərəfindən həyata keçirilən su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tarifləri.

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2021-ci il 30 yanvar tarixli 5 nömrəli Qərarına əsasən Bakı şəhərində 1 m3 su təchizatı üçün - 0.70 AZN, 1 m3 tullantı suları üçün isə 0.30 AZN hesablanır.

Aylıq su sərfiyyatı (m3):

Su təchizatı:

Tullantı suları:



“Azəristiliktəchizat” ASC tərəfindən göstərilən xidmətlərin tarifləri.

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 30 iyul 2025-ci il tarixli 4 nömrəli Qərarına əsasən mərkəzi isitmə 1 m2 yaşayış sahəsi üçün aylıq 0.45 AZN hesablanır.

Mənzilinizin yaşayış sahəsi (m2):

Aylıq ödəniləcək məbləğ:



Mənzil haqqı və mənzil-kommunal xidmətlərinə görə tarifləri.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 10 mart tarixli, 40 nömrəli qərarına əsasən tam kommunal təminatlı mənzillər üzrə 1 kv.m. yaşayış sahəsi üçün 1 ayda - 0.02 AZN hesablanır.

Mənzilinizin yaşayış sahəsi (m2):

Aylıq ödəniləcək məbləğ:



Məişət tullantılarının yığılması və daşınması xidmətlərinin tarifləri.

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 29 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarına əsasən əhali üçün tariflər aşağıdakı kimi müəyyən edilib:

Bərk məişət tullantılarının yığılması və daşınması1 nəfər - 1 manat


Fiziki şəxslərin əmlak vergisi (bələdiyyə).

Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə - onların 30 kv.metrdən artıq olan hissəsinin) hər kv.metrinə görə dərəcələr tətbiq olunur. Bakı şəhərində yerləşən binalara münasibətdə, həmin dərəcələrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslərin əmlak vergisi məqsədləri üçün Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsallar”ın təsdiq edilməsi barədə 2015-ci il 6 aprel tarixli 101 nömrəli Qərarı ilə müəyyən olunmuş 0,7 - 1,5 hədlərində əmsallar tətbiq edilir.

Mənzilinizin ümumi sahəsi (m2):

Binanın yerləşdiyi zona:

İllik ödəniləcək məbləğ:

Bakı şəhəri üzrə müəyyən edilən zonalar və onların sərhədləri haqqında məlumatı buradan öyrənə bilərsiniz.