Fərdi şəxsi hesabında yığılan pensiya kapitalını www.e-sosial.az saytında qeydiyyatdan keçərək öyrənə bilərsiniz.
Pensiyaya neçənci ildə çıxmalısınız:
2018-ci il 1 iyul tarixinə sığorta hesabında pensiya kapitalı var?
1 yanvar 2006-cı ilə qədər iş stajınız (avtomatik hesablanır):
Pensiya kapitalı (e-sosial.az):
Pensiya məbləği (təxmini):
Əmək pensiyasının minimum məbləği: 320 AZN
Fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır.
2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda (məbləğindən asılı olmayaraq), 2006-cı il yanvarın 1-dək olan sığorta stajı avtomatik olaraq 25 ilə bərabər götürülür və bu şəxsə hər ilə görə 306 AZN (istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilir) pensiya kapitalı yazılır. 2021-ci ildən başlayaraq 25 illik güzəşt hər il 1 il azaldılır.