Daşınmaz əmlak satışından verginin hesablanması

Vergi Məcəlləsinin 218-ci maddəsinə edilmiş dəyişikliklərə əsasən mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrini təqdim edən şəxslər 1 yanvar 2016-cı ildən etibarən notarius tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergiyə cəlb olunur.

Aşağıdakı hallarda yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsindən vergi tutulmur:

  • fiziki şəxsin azı 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi,
  • daşınmaz əmlakın hədiyyə, maddi yardım və miras formasında ailə üzvləri tərəfindən verilməsi,
  • daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması,
  • əmlakın ər və arvad arasında verilməsi, keçmiş ər-arvad arasında boşanma prosesində verilməsi.

Təyinatı:

Binanın yerləşdiyi zona:

Daşınmaz əmlakın sahəsi, m²:

Vergi məbləği:

Bakı şəhəri üzrə müəyyən edilən zonalar və onların sərhədləri haqqında məlumatı buradan öyrənə bilərsiniz.

Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə sadələşdirilmiş vergi alqı-satqı müqavilələrini təsdiq edən notarius tərəfindən hesablanaraq tutulur, 1 (bir) bank günü ərzində dövlət büdcəsinə ödənilir və bu barədə “Yaşayış və qeyriyaşayış sahələrini təqdim edən şəxslərdən notariuslar tərəfindən ödəmə mənbəyində tutulan sadələşdirilmiş verginin bəyannaməsi” hesbat ayından sonrakı ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim edilir.